• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 dekabr 2017-ci il

    21 dekabr 2017-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Respublika və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Ü.Hacıbəyli adına BMA-nın III kurs tələbəsi Aytən İbrahimovanın solo konserti keçirilib.

    Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Fatima İdyatulinanın sinfində təhsil alan tələbə rəngarəng musiqi proqramı ilə çıxış edərək Rus və Avropa bəstəkarlarının əsərlərinən (Pyotr Çaykovski “Skripka və orkestr üçün konsert” I hissə, Jul Massne “Düşüncə”, K.Sen-Sans “İntroduksiya və Rondo –Kapricciozo”, F.Kreysler “Венское каприччио”, A. Dvorjak “Mazurka”) əsərlərini yüksək ustalıqla ifa edib.

    Qeyd edək ki, Aytən İbrahimovanı fortepianoda Respublika və Beynəlxalq müsabiqələr laureatı Züleyxa Usubova müşayiət edib. Hər iki musiqiçinin professional ifası, onların bir vəhdət təşkil etməsi bu işə ciddi yanaşmalarından irəli gəlir. Əlbəttə ki, belə peşəkar musiqiçinin inkişafında müəllimlərin rolu böyükdür. Sevindirici haldır ki, Aytən İbrahimova dəfələrlə belə Solo konsert proqramları ilə çıxış edib, öz dinləyicisini bir araya toplaya bilib. Bu dəfə də keçirilən solo konsert proqramında ifaçının çıxışı dinləyicilər tərəfindən heyranlıqla qarşılanıb və konsert gur alqışlarnan sona çatıb.