• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 dekabr 2017-ci

    20 dekabr 2017-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında "Konsertmeyster ustalığı" kafedrası müəllimləri professor Tomris Qarayevanın, fəlsəfə doktoru, dosent Könül Hüseynovanın, baş müəlim Səfurə Sultanovanın və dosent Gülnarə Mirzəyevanın sinif konserti keçirilmişdir.

    Konsert proqramı rəngarəngliyi, konsertmeyster-tələbələrin və solistlərin uğurlu ifaları ilə yaddaşlarda iz buraxdı. Artıq uzun illərdir bu kafedrada çalışan peşəkar müəlllimlər  öz yüksək pedaqoji ustalıqlarını dəfələrlə keçirtdikləri konsertlərdə, tələbələrinin müsabiqələr və imtahanlardakı çıxışları ilə nümayiş etdirmişlər. Elə bu dəfə də biz bu fikrin bir daha şahidi olduq. Orijinal və yeni seçilmiş repertuar və burada müəllimlərin maraqlı təfsirləri, onların əsərlərin ruhuna nüfuz edərək obrazlı şəkildə ifaçıların təxəyyüllərində canlandırmaları, eyni zamanda tələbələrin ifa zamanı öz tərəf müqabillərini həssaslıqla hiss etmələri müəllim ustalığının bariz nümunəsidir desək, heç də yanılmarıq.

    Konserdə çıxış edən illüstratorları da xüsusilə qeyd etmək lazımdır. Onlardan vokalçı - əməkdar artist Rəna Məmmədova, kamança ifaçısı Azər Hacıbalayev   və b. öz məharətlərini böyük ustalıqla nümayiş etdirmiş oldular.