• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 dekabr 2017-ci il

    F.Bədəlbəylinin 70 illik yubileyi münasibəti ilə keçirilən konsert

    19 dekabr 2017-ci il tarixində Bakı Musiqi Akademiyasının Böyük Zalında Azərbaycan musiqi mədəniyyətinə yeni töhfələr verən, milli-mədəni irsimizi ölkənin hüdudlarından kənarda da təqdim və təbliğ edən Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, parlaq pianoçu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyi münasibətilə Bakı Musiqi Akademiyası tələbələrinin konserti keçirilmişdir.  İlk öncə Tarix nəzəriyyə kafedrasının III kurs  tələbəsi  Seyidova Günel Fərhad müəllimi  tələbələrin adından təbrik etmişdir.  Fərhad Bədəlbəylinin çoxşaxəli yaradıcılıq fəaliyyəti deyilərkən özündə ifaçılıq, bəstəkarlıq, rejissorluq, ictimai-siyasi və elmi-pedaqoji fəaliyyətlərini birləşdirərək Azərbaycan mədəniyyətinə qırılmaz surətdə bağlılığı, musiqimizdə yeni və parlaq bir mərhələnin formalaşıb inkişaf etməsində xüsusi rolu qeyd edilmişdir.

    Konsertdə II kurs tələbəsi Qafarlı Pərvin (prof. Rasimə Babayevanın sinfi), Ansambl “Lumene”  Bədii rəhbər Naala Barateliya,  III kurs tələbəsi Cəfərova Nigar (prof. Fidan Qasımovanın sinfi),  II kurs tələbəsi Hüseynov Orxan (prof. Nəzmiyyə Abbaszadənin sinfi), III kurs tələbəsi Manafzadə Atabala (prof. Məmməd Quliyevin sinfi), II kurs tələbəsi Məmmədzadə Mirxalid, IV kurs tələbəsi Babayeva Vüsalə  (prof. Kəmalə Neymanovanın sinfi),  III kurs tələbəsi İbrahimova Aytən (prof. Fatimə İdyatulinanın sinfi), I kurs tələbəsi Bağırov Səid (müəllim Anar Məmmədovun sinfi),  III kurs tələbəsi Mahir Tağızadə (dosent Svetlana Əhmədovanın sinfi), I kurs tələbələri İsayeva Ceyran, Heydərli Nigar (prof. Nəzakət Rimazinin sinfi), Mis nəfəs alətləri kvinteti: Rəsulov İsrafil (truba), Quliyev Tural (truba), Ələsgərov İsmayıl (valtorna), Tanrıverdiyev Nemət  (trombon), İsmayılov Təhmin  (tuba), Bakı Musiqi Akademiyasının məzunu Nərmin Rzayeva öz ifaları ilə təbrikə qoşulmuşdular. Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri ilə yanaşı “Bəstəkarlıq” kafedrasının II kurs tələbəsi Saleh Nəzərovun əsəri də səslənmişdir.