• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 dekabr 2017-ci il

    8 dekabr 2017-ci il tarixində XXI əsr Tədris Mərkəzində Ü.Hacıbəyli Bakı Musiqi Akademiyasının tələbələrindən ibarət "Detaşe" violinoçular ansamblının konserti keçirilib.

    Konsertə ilk öncə ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Xalq Artisti, professor Zəhra xanım Quliyeva çıxış edərək ansabmlın fəaliyyətindən, tələbələrin uğurlarından danışıb. Bunun ardınca Səbinə Muradovanın çıxışı ilə Ü.Hacıbəyli, Q.Qarayev, Rimski-Korsakov və A.Dvorjakın həyat və yaradıcılığını əks etdirən video-çarx dinləyicilərə təqdim olunub.

    Səbinə Muradovanın müşayiəti ilə "Detaşe" violinoçular ansamblının ifasında Ü.Hacıbəyli Koroğlu operasından “2 rəqs”, Q.Qarayev İldırımlı yollarla baletindən “Aişənin rəqsi”, Rimski-Korsakov “Arının uçuşu” və Antonin Dvorjak “Qaraçı nəğmələri” əsərləri yüksək ustalıqla səslənib.

    Tədris Məkrəzinin rəhbərliyinin iştirakı ilə keçirilmiş konsert proqramı uğurla başa çatmış, dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır. Sonda Tədris Məkrəzinin rəhbərliyi tərəfindən konsertin ərsəyə gəldiyi üçün ifaçılara Təşəkkürnamə təqdim edilmişdir.