• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 dekabr 2017-ci il

    4 dekabr 2017-ci iltarixində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqi zalında “Gənclərə dəstək” adlı layihə çərçivəsində “Gənc istedadların” konserti keçirilib.

    Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Asəf Zeynallı adına musiqi kollecinin tələbələri iştirak edib. Respublika və Beynəlxalq müsabiqələr laureatları Kara Aytac (violin) , Cəmalə Abdinzadə (piano) , Gülnaz Eldarlı (piano) , Teymur Hanifayev (piano) , Nərmin Abdullayeva (bəstəkar) , Elxan Xələfov (piano) , Tofiq Rzayev (bəstəkar) , Mətanət Nurullayeva (piano) , Əli Adığözəlov (piano) , Aytac Məmmədova (piano) , Kənan Sadıqov (tar) , Aysel Kərim (bəstəkar) , Xədicə Mirqulamlı (violin) , Arzu Abbasova (bəstəkar) , Emil Qurbanov (tar) ifasında (Kodzi Kondo “Geruda Valley” , Astor Piazzolla “Libertanqo” , Henrix Venyavski “Faust fantaziyası” , Sergey Raxmaninov “Vokaliz” , Cövdət Hacıyev “Ballada” , İ.Brams “İntermezzo op.117 №2”, Tofiq Bakıxanov “Xəzər baladası” , Qara Qarayev “Eskiz” ,F.Şopen “2saylı ballada” , Qara Qarayev “Çar kəndinin heykəli“ , Səid Rüstəmov “Oxu tar” , S.Raxmaninov “Prelüd op.3 №2, do diez minor”) əsərləri səsləndi.

    Bununla yanaşı konsert proqramında gənc bəstəkarların (Aysel Kərim “Payızın rəngi”, Arzu Abbasova “Rondo duo cello” , Nərmin Abdullayeva “4 prelüd” , Tofiq Rzayev “Fortepiano üçün iki pyes”) əsərləri dinləyicilərə təqdim olunub.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Lumineux” ansamblın ifasında (Bədii rəhbər-baş müəllim Naala Barateliya) Astor Piazzolla “Muerte del angel” , “Calambre” və Guy Wood “One anda only love”Asəf Zeynallı adına musiqi kollecinin ansamblın ifasında isə (Valeriy Qavrilin “Tarantello”) musiqi parçalarının səslənməsi dinləyicilər tərəfindən maraqla qarşılanıb.

    Gecədə müraciət edilən rəngarəng musiqi repertuarı, ifaçıların yüksək ustalıqla çıxışları, gənc bəstəkarların dinləyiciyə bəxş etdiyi yeni musiqi parçaları və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Lumineux” ansamblın, Asəf Zeynallı adına musiqi kollecinin ansamblın parlaq ifası dinləyicilər tərəfindən yüksək qiymətləndirilmiş, gur alqışlarnan konsert sona çatmışdır.