• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 dekabr 2017-ci il

    1 dekabr 2017-ci il tarixində L. və M.Rostropoviçlərin ev muzeyində “Artistic Research Knowledge Network Eurasia”(Avrasiya Bədii Tədqiqat Bilik Şəbəkəsi) beynəlxalq layihə çərçivəsində konsert proqramı keçirilib.

    Tədbirdə Norveç Universitetinin Qriq Berqenski Akademiyasının və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri konsert proqramı ilə çıxış ediblər.

    Muzeyin direktoru Əməkdar Mədəniyyət işçisi Şeyla Heydərova qonaqları salamlayaraq Maestronun mükafatlarından xüsuilə 1995-ci ildə İsveçrədə aldığı Polyar ulduzundan, Bakıda verdiyi konsertlərdən söhbət açdı. Daha sonra sözlayihənin kordinatoru cənab Dagfinn Bacha verilib. Qonaqlara muzey haqqında maraqlı ekskursiya keçirilib. Daha sonra qonaqlara muzeyin zəngin fondundan kinorejissor Azər Əliyevin Maestronun 70 illiyinə və Bakıda yubiley yığıncaqlarına həsr olunmuş “Bizdə hər şey var” adlı sənədli filmindən fraqmentlər təqdim olunub.

    Qeyd etmək lazımdır ki, Maestronun klassik musiqi pərəstişkarları üçün Bakıya gəlişi bayram idi. Filmdə yer alan bir sıra fraqmentlər- Prezident Heydər Əliyevin Maestroya “Slava” ordenini təqdim etməsi, İçərişəhərdə ona həsr olunmuş təntənəli konsert bayramı, muzeyin açılışı gələn qonaqlarda xoş təəssürat yaratmaqla bərabər bu xatirələri yenidən canlandırılıb.

    Proqramda azərbaycan və norveç bəstəkarlarının əsərləri ifa olunub.Kontrabasda Aqşin Göyüşov Qans Fribanın “Süita v starinnom stile” Preludiya, Trio: Ümidə Abbasova, Ayrin Suelberq, Markus Erikson Ü.Hacıbəylinin “Aşıq sayağı”, daha sonra pianoda solo Ayrin Suelberq- Norveç bəstəkarı Edvard Qriqin “Laylay”(Cradle song), “Vətən həsrəti” (Homsickness), “Vətənə doğru” (Homewards) əsərlərini ifa ediblər . Konserttanınmış norveç bəstəkar E.Qriqin “Kvartet N1, sol minor, I hissə” əsərinin ifası ilə başa çatəb. Simli kvartetin üzvləri M.Mahmudzadə, N.Hüseynzadə, Ü.Mahmudbəyli, M.Erikson idi. Konsert proqramından sonra layihənin kordinatoru cənab Dagfinn Bach çıxış edib. O, konsertin təşkilatçılarına xüsusilə L. və M.Rostropoviçlərin ev muzeyinə minnətdarlığını bildirdi. “Mənim universitetdə işlədiyim cəmi iki ildi, amma mən bilirəm ki, Berqenski Universiteti ilə Musiqi Akademiyası arasında böyük bir münasibətlər var. Bakıdan çox tələbə bizim universiteti bitirib. Berqenski Universiteti Tiflisdəki konservatoriya və Alma-Ata konservatoriyası ilə yeni bir pryoketə başlayıb. Bu proyekt 3 il davam edəcək, gələn il Bakıdan 2 tələbə 1 semestrlik Berqinski Universitetinə , eyni zamanda bizdən də 2-3 həftəlik tələbələr Bakıya göndəriləcək. Həmçinin biz Alma-Ata,Tiflis və Bakıda “Artistic research və workshop” adlı master klass etməyə hazırlaşırıq. Incəsənət innovasiyaları haqqında olan proqramda doktorlar da iştirak edə biləcək. Bu layihə 26 aydır gedir və daha 10 ay da davam edəcək. Onu da qeyd etmək lazımdır ki, BMA-nın tələbləri Ümidə Abbasova və Aqşin Azərbaycanı Norveçdə çox gözəl və layqli təmsil ediblər. Biz ümid edirik ki bu davamlı şəkildə olacaq”.

    Tədbirdə qonaq qismində Rusiya İnformasiya Mərkəzinin nümayəndəsi, BMA-nın müəllim və tələbə heyyəti,şəhər muzeylərinin nümayəndələri, Bakının musiqi icitimaiyəti iştirak etdilər. Sonda xatirə şəkli çəkildi.