• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 noyabr 2017-ci il

    30.11.2017-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Azərbaycan Dövlət Fortepiano Triosunun konserti keçirilib.

    Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin solistləri - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Töfhə Babayeva (violin), Azərbaycan Respublikasının Əməkdar artisti Səbinə İbrahimova (cello), həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnarə Kəbirlinskaya və solist qismində Azərbaycan Respublikasının Əməkdar artisti Gülnaz İsmayılovaiştirak ediblər. Nəzərə çatdırmaq lazımdır ki, Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Fortepiano Triosunun repertuarı Azərbaycan və xarici bəstəkarların əsərləri ilə zəngindir.

    Konsert proqramında ifaçılar Azərbaycan və qərbi-avropa bəstəkarlarının yaradıcılığlarına müraciət edərək (Üzeyir Hacıbəyli, Qara Qarayev, J.Haydn, F.Şopen və s) əsərlər ifa ediblər.