• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 noyabr 2017-ci il

    Noyabrın 28-i Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Bergen universiteti nəzdində Qriq Akademiyasının tələbələri ilə BMA-nın tələbələrinin birgə konserti keçirilib.

    Qeyd edək ki, hər iki universitet arasında olan əməkdaşlıq əsasında BMA-nın simli alətlər üzrə ifaçılıq fakültəsinin tələbləri – Abasova Ümidə (doktorluq səviyyəsi, skripka) və Göyüşov Aqşin (magistr səviyyəsi, kontrabas, I kurs) Qriq Akademiyasında bədii tədqiqat ixtisasartırma kursu keçiblər. Bununla əlaqədar olaraq konsertdə Qriq Akademiyasının tələbələri  Eirin Bjerkomp Soelvberg (Piano) və Markus Eriksen (Violonçel) ilə BMA-nın tələbələri Ümidə Abasova, Mahmudzadə Məmməd, Hüseynzadə Nərgiz, Mahmudbəyli Üzeyir çıxış edərək Ü.Hacıbəyli “Aşıqsayağı”, E.Qriq “Gradle Song”, “Homesickness”, “Homewards”, “String quartet” əsərlərini ifa ediblər. Konsert zalda əyləşən professor-müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb.