• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 noyabr 2017-ci il

    Noyabrın 29-u Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Akademiyanın kamera ansamblı kafedrası tərəfindən hazırlanmış “Kamera musiqisi konsertləri seriyası 2017-2018” proyektinin ilk konserti dinləyicilərə təqdim edilmişdir.

    Proyektin təşəbbüskarı kamera ansamblı kafedrasının müdiri, professor Kəmalə Neymanova giriş sözündə bildirdi ki, qarşıya qoyduqları əsas məqsəd musiqisevərləri çox zəngin kamera musiqisi repertuarının inciləri ilə tanış etmək, kamera musiqisini təbliğ etmək və istedadlı musiqiçiləri yaradıcılıq prosesinə cəlb etməkdir.
    Konsertdə L.Bethovenin fleyta, faqot və piano üçün, K.M.Veberin fleyta,violonçel (viola) və piano üçün və L.Farrenkin fleyta ,violonçel və piano üçün trioları səsləndi. İstedadlı gənc ifaçılar (professor K.Neymanovanın sinfinin tələbələri və məzunları) – Üzeyir Mahmudbəyli, Lalə Hüseynzadə, Mirxalid Məmmədzadə, Ümid Musayev, Vüsalə Babayeva, Şeyda Ələsgərova, Nəzrin Əmirli və Orxan Hüseynov ustalıqla bu mürəkkəb əsərlərin nəfisliyini, dramatikliyini və parlaqlığını dinləyicilərə çatdırdılar. Proyektin növbəti konsertlərini məmnuniyyətlə izləyəcəyik.
    Kamera ansamlı kafedrasının müdiri, professor: K.İ.Neymanova