• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 noyabr 2017-ci il

    25 noyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan zalında məşhur Macarıstan bəstəkarı Zoltan Kodainin anadan olmasının 135 illiyinə həsr olunmuş konsert keçirilmişdir.

    Konsertdə Macarı musiqiçiləri Viraq Kiş (piano) , Şandor Dejö(violonçel) çıxış etmişlər. Sonda Azərbaycan Respublikasının Xalq Artisti, Bakı Musiqi Akadmiyasının professoru Zəhra Quliyeva (violino) musiqiçilərlə bərabər Ü.Hacıbəylinin "Aşıqsayağı" triosunu ifa etmişdir. Konsertdə Macarıstan Respublikasının Azərbaycandakı səfiri Viktor Sederkenyi qonaq qismində iştirak edirdi. Konsertin sonunda cənab səfir xanım iştirakçılara öz çiçək hədiyyəsini təqdim etmişdir.