• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 noyabr 2017-ci il

    2017–ci ilin 21 noyabr tarixində Azərbaycan Respublikasının Əməkdar artisti (nəfəs alətləri), Azərbaycan milli konservatoriyasının professoru İlham Nəcəfovun və tələbələrin:

    Prezident təqaüdçüsü,beynəlxalq müsabiqələr və gənclər mükafatı laureatı Nicat Məsimov (balaban),Anar Vəlizadə,Respublika müsabiqəsi laureatı Mais Muradov ,Beynəlxalq müsabiqələr laureatı Ramin Pələngov və bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətiylə M.Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasında maraqla izlənən “The sound of balaban”adlı konserti oldu.
    Proqramda Hüseyn Əlizadənin “Ney Nəva”-orkestrin müşayiətiylə solist İlham Nəcəfovun ifasında, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”mahnısı solist Anar Vəlizadənin təqdimatında,Hacı Xanməmmədovun kamança və orkestr üçün Konsertindən II hissə -solist Nicat Məsimovun şərhində,Nicat Məsimovun –“Unudulmaz xatirələr” royalda müşayiət edən Natiq Yusubovun dəstəyi ilə solist Nicat Məsimovun ifasında, Elnarə Dadaşovanın “ Diptix”kompozisiyası solist İlham Nəcəfovun təfsirində,Fikrət Əmirovun “Şeyx Sənan ”dramından “Kor ərəbin mahnısı”solist İlham Nəcəfovun çıxışında,Hacı Xanməmmədovun “Aldatmayaq bir-birimizi”yenə də solist İlham Nəcəfovun təfsirində,Fikrət Əmirovun “Mən səni araram”mahnısı solist Nicat Məsimovu müşayiət edən Muxtar Adseynovun aranjimanında və Natiq Yusibovun konsertmeyster dəstəyi ilə,Fikrət Əmirovun “Laylay”ı royalda müşayiət edən Muxtar Abseynovun təfsirində,Rauf Hacıyevin “Leyla”mahnısı solist İlham Nəcəfovun ifasında,”All of me””Black or wite” qrupunun dəstəyi, solistlər Mais Muradovun,Ramin Pələngövun təqdimatında,Üzeyir Hacıbəylinin “Koroglu”operasının III pərdəsindən “Cəngi” rəqsi nağarada Samir Adıgözəlovun müşayiətiynən İlham Nəcəfovun yadda qalan ifasında səsləndi.
    Konsertin proqramında, yuxarıda qeyd olunduğu kimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Elnarə Dadaşovanın “Diptix ” əsəri də ifa edilmişdi. Azərbaycan milli alətlərindən sayca beşinin istifadəsi ilə təqdim olunması nəzərdə tutulmuş əsər fasiləsiz bir-birinin ardınca səslənən iki miniatürdən ibarətdir-“Laylay”və”Şənlik”.Bu əsər Bakıda keçirilmiş “İpək yolu”festivalı ilə əlaqədar bəstələnmişdi. Beləliklə də, vaxtilə ”Diptix”in orijinal versiyasının premyerası Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına zalında baş tutmuşdu. Kompozisiyanın orijinal versiyası o zaman avropa aləti olan royalın müşayiətiylə dörd milli alətimiz olan ney,balaban,tütək və qara zurnanın ifasında təqdim olunmuşdu.
    Əsərin bu dəfəki təqdimatında tam heyətdə beş mlli alətdə eyni zamanda ifa edilməsi nəzərdə tutulmuş kompozisiya fərqli versiyada şərh olundu. Kamera orkestrinin müşayiətiylə İki ney, balaban, tütək və qara zurna üçün bəstələnmiş əsər texniki səbəblərdən yalnız bir solistin ifası və orkestrin müşayiəti ilə səsləndi.Bəstəkar “Diptixi” bəstəsini tək bir balaban,yaxud da bütün yuxarıda sadalanan milli alətlərdə ardıcıl ifa edə bilən təcrübəli sənətçimiz-İlham Nəcəfovun təqdimatında göstərilməsinin mümkünlüyünü nəzərə alaraq məhz belə variantda bu dəfəki konsertdə də səsləndirilməyə təqdim etdi.İfaçılarının eyni vaxtda bir araya gətirilməsi texniki səbəblərdən bir gədər çətin olduğundan İlham Nəcəfov ardıcıllıqla yuxarda sadalanan alətlərdə kompozisiyanı canlandırdı.Burada onu da deyək ki səhnədə “təklənmiş” solisti qəfildən yaranan “sürprizlərlə” üzləşməsinə baxmayaraq, gözlənilməyən çətinliklərlə üz-üzə qalan solist əsəri uğurla təqdim etməyə müvəffəq ola bildi. Belə ki,orkestrin kifayət qədər çevik tempdə “Şənlik” bölümünü şərh etməsi- beş alətin “arasında” tənha qalmış solist üçün əməlli sınağa çevrildi.Solistin püpitrindən notların bəzi səhifələri gözlənilmədən səhnəyə səpələndi, lakin solist cevik tərpənərək onları yenidən yerinə qoyaraq, ardınca orkestrin ifasına tezliklə qoşula bildi.Digər bir maneə də solistin növbə ilə dəyişdiyi milli alətlərimizdən birinin dərhal səslənmək “istəməməsi”oldu. Belə təsadüflər olur.Çünki nəfəsli alətlər müəyyən hazırlıq, “sığal” tələb edir.Lakin bütün bu maneələrə baxmayaraq “Diptix” uğurla dinləyicilərə çatdırıldı və ifaçılar zalın alqışlarına qərq oldu.Müəllifi alqışlayanlar isə həm zalda əyləşənlər,həm də səhnədəki orkestr və solist,dirijor və ifaçıların hamısı əsərin müəllifi olan Elnarə xanım Dadaşovanı səhnəyə tərəf gəlməyə dəvət etdilər.Müəllif zalın alqışları “müşayiətiylə” dirijora və solistə minnətdarlığını bildirdi.
    Bu konsertdə İlham Nəcəfov ardıcıllıqla milli nəfəs alətlərimizdə ifasını göstərərək avropanın saksafon alətində də ustalıqla çala bilməsini nümayiş edə bildi.
    Belə konsertlərin keçirilməsi çox önəmlidir.Onlar tamaşaçı və dinləyicilərin rəğbətlə qarşılanmasına səbəb olmaqla yanaşı,bizim zəngin musiqinin, rəngarənq milli alətlərimizin varisi olmasına və ümumbəşəri mədəniyyətə açıq olmağımıza dəlilli sübutdur.Filarmoniya zalının həmin gecə izləyicilər və musiqisevərlərlə tam dolması,bunu layiqincə bir daha sübüt etdi.
    Dəyərli ifaçılarımıza və həyatda olan bəstəkarlarımıza gərgin əməklərində müvəffəqiyyətlər diləyirik.