• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 noyabr 2017-ci il

    22 noyabr 2017-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Aklademiyasının Böyük zalında Latviya Respublikasının müstəqilliyinin 99-cu il dönümünə həsr olunmuş konsert  keçirilib.

    Konsertdə giriş sözü ilə Latviya Respublikasının Azərbaycandakı Səlahiyyətli və fövqəladə səfiri Yurist Maklakovs çıxış edib. Latviya Respublikasının kontur tenor ifaçısı Sergeys Yegersin ifasında  (Qluk  “Orfey və Evridika” operasından Orfeyin arıyası , Hendel “ Alçino”  operasından Ruciyeronun ariyası , Bellini “Vaqaluna” , Lotti “Pur di cesti o boka boka bella” , Kaççini “ Amarilli mia bella” , Hendel “Rinaldo” operasından Almiranın ariyası “La scha chio piango”) əsərlər səsləndirilib. (Müşayiət edən: Yeva Şmite Missinya)