• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 noyabr 2017-ci il

    23 noyabr 2017-ci il tarixində Ü.Hacıbəyli adına Bakı musiqi Akdemiyasının Ş.Məmmədova adına Opera Studiyasının zalında “Dansons!” vokal duetinin konserti keçirilib.

    Proqramda fransız, italiyan, ispan bəstəkarlarının əsərləri ilk dəfə səsləndirilib. Solistlər - Əməkdar artistlər Fəridə Məmmədova (soprano), Səbinə Əsədova (mezzo-soprano) ifasında E.Chaussonun “La Nuit”, “Reveil”, G.Faurenin “Puisqu-ici baqs tout ame “, C.Frankın “Soleil”, “Les Danses de Lormont”, G.Donizetti “Laurora” və s. əsərlər tamaşaçılara nümayiş olunub. Həmçinin skripkada Elina Əliyevanın ifasında maraqlı əsərlər təqdim edilib. İfaçıları fortepianoda BMA-nın konsertmeysteri İlahə Sadıqzadə müşayiət edib.

    Proqram bolero və tarantello ritmində səslənən video-çarx vasitəsilə nümayiş olunub.

    Konsert çox maraqla qarşılanıb.