• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 noyabr 2017-ci il

    “Simli alətlər” kafedrası tələbələrinin konserti

    22 noyabr 2017-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında Simli alətlər kafedrası tələbələrinin konserti keçirilib. Konsertdə kafedranın tələbələri Əsədova Ləman,Əmişov Əli, Xuduzadə Təhminə, Novruzova Turanə, Hüseynzadə Nərgiz, Ağasoy Həmidə, Əşari Pərvin, Ələkbərli Fəridə, Umudova Güldəniz, Rəsulova Şükufə, Qasımova Aydan, Nəsirli Fatimə uğurla iştirak ediblər. Proqramda azərbaycan və xarici bəstəkarların əsərləri müvəffəqiyyətlə səslənib.