• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 noyabr 2017-ci il

    17 noyabr – Beynəlxalq tələbə günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə “Park Bulvar” AVM-də konsert proqramı təşkil olunub.

    Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri və Gənclər Kamera Orkestri də iştirak edib.

    Tədbirin keçirilməsində məqsəd – beynəlxalq tələbə gününü qeyd etmək, tələbələrin asudə vaxtlarını səmərəli təşkil etmək, yeni ünsiyyət və əlaqələrin formalaşmasına şərait yaratmaq, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək olub.

    Tədbir zamanı istedadlı və yaradıcı tələbələrin iştirakı ilə konsert, interaktiv oyunlar və viktorinalar keçirilib. Həmçinin gənc rəssamların əl işləri də nümayiş olunub.