• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 noyabr 2017-ci il

    Pekinin Mərkəzi Musiqi Konservatoriyası tərəfindən təşkil olunmuş İpək yolu üzərində yerləşən ölkələrin musiqi təhsili üzrə “Vahid bölgə,

    vahid yol” musiqi təhsili barəsində Pekin şəhərində keçirilən geniş miqyaslı konfransda 11 çin konservatoriyası və 13 ölkənin (Ruminya, Sloveniya, Estoniya, Özbəkistan, Qazaxıstan, Hindistan, Azərbaycan və s.) musiqi təhsili ocaqlarının rəhbərlərinin iştirakı ilə Ölkələr arasında önəmli “Vahid bölgə, vahid yol – musiqi təhsili ittifaqı haqqında sazişi” adlı memarandum imzalanmışdı, elmi konfrans keçirilmişdi. Bu sazişin davamı olaraq, 17 noyabr 2017-ci tarixində Pekin Mərkəzi Musiqi Konservatoriyasının nümayəndələri BMA-nın qonağı olmuşlar. Pekin Mərkəzi Musiqi Konservatoriyası ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının arasında təhsil və mədəniyyət sahəsində qarşılıqlı münasibətlərin inkişafı üçün memorandum imzalanmışdır. Daha sonar Pekin Mərkəzi Musiqi Akademiyası ilə Ü.Hacıbəyli adına BMA-nın birgə təşkilatçılığı ilə BMA-nın böyük zalında Çin musiqiçilərininBack to the “Silk Road” layihəsi çərçivəsində konserti keçirilmişdir. Konsert müvəffəqiyyətlə və gurultulu alqışlarla sona çatmışdır.