• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1-6 noyabr 2017-ci il

    1-6 noyabr 2017-ci il tarixində “Yarat” müasir incəsənət mərkəzi tərəfindən teatr sənəti ilə əlaqədar I “M.A.P” Bakı İncəsənət Festivalı təşkil olunmuşdur.

    Festivalın əsas məqsədi ilk növbədə gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdan ibarətdir. Böyük uğur qazanmış modern teatrın parlaq əsərlərini nümayiş etdirirərərk musiqi ilə səhnə arasında olan dərin əlaqələrin aşkarlanması məqsədi ─ bu festivalın əsas mahiyyətidir.

    I “M.A.P” Baki İncəsənət Festivalı çərcivəsində 5 noyabr 2017-ci il tarixində “Yarat” müasir incəsənət mərkəzində Azərbaycan Respublikasının xalq artisti, Bakı Musiqi Akademiyasının “Dirijorluq” kafedrasının professoru Yalçın Adıgözəlovun dirijorluğu altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti keçirilmişdir. Konsert proqramında B.Britten “Frenk Bric mövzusunda variasiyalar”, S.Qubaydulina “Frechwerk” əsərləri səslənmiş, akkordeon ifaçısı Roman Yusipey (Almaniya/Ukrayna) çıxış etmişdir.