31 oktyabr 2017-ci il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında solo konsert keçirilib
Oktyabrın 31-i Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında beynəlxalq müsabiqələr laureatı, “Gənclər Mükafatı” laureatı Fəqan Həsənlinin solo konserti keçirilib. Konsertin proqramına F,Şopen, F.Şuman, A.Skryabin, M.Ravelin əsərləri təşkil edib.
Fəqan Həsənli 1990-cı il Bakı şəhərində anadan olmuşdur. Bakı Musiqi Respublikasının əməkdar incəsənət xadimi, professor T. Seyidovun sinfini bitirmişdir. 2006-cı ildə musiqi məktəbləri arasında keçirilən respublika müsabiqəsində “Qran-pri” mükafatına layiq görülmüşdür. 2010-cu ilin sentyabr ayında Bolqarıstanın Dobriç şəhərində keçirilən “Ümidlər, istedadlar, Ustadlar” adlı beynəlxalq müsabiqəsində, həmçinin, dekabr ayında Bakıda keçirilən Q.Qarayev adına I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsində birinci yerə, laureat adına layiq görülmüşdür. F.Bədəlbəyli, O.Yablonskaya, V.Çuçkov və başqa pianoçulardan ustad dərsləri almış, maestro R.Abdullayev, A.Əliyev, T.Göyçayev, F.İbrahimov kimi dirijorlarla həm solist, həm də orkestrin tərkibində yerli və xarici səhnələrdə dəfələrlə çıxış etmişdir. Qara Qarayevin “Üçsəsli fuqasının”, Cahangir Qarayevin Sonatasının ilk ifaçısıdır.
“Gənclər mükafatı” laureatıdır. Son illərdə musiqi sahəsindəki aktiv fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azad Həmkarlar İttifaqı tərəfindən diplom və fəxri fərmanlarla təltif olunmuşdur.
Hal-hazırda təhsil aldığı Bakı Musiqi Akademiyasında müəllim (məktəb-studiya), konsertmeyster, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında orkestr solisti vəzifəsində, Bülbül adına Orta İxtisas Musiqi məktəbində müəllim, konsertmeyster kimi çalışır. Bir sıra beynəlxalq festivalların iştirakçısı olmaqla bərabər, öz solo konsert fəaliyyətini davam etdirməkdədir.
Konsert çox yüksək səviyyədə həyata keçib. Dinləyicilərin marağına səbəb olub.