• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 oktyabr 2017-ci il

    “Gənclərə dəstək” layihəsinin açılış konserti


    16 Oktyabr 2017-ci il tarixində Kamera və Orqan musiqi zalında “Gənclərə dəstək” adlı layihənin yeni sezon açılışı ilə əlaqədar “Gənclərə dəstək”adlı konsert keçirilib. Qeyd edək ki, bu layihə çərçivəsində keçən il 6 ay ərzində Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində gənc musiqiçilər, vokalistlər konsert proqramı ilə çıxış ediblər. Bu konsertdə müxtəlif janrlarda əsərlər ifa olunub. Layihənin yeni sezonunu isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbələri açılış ediblər.

    Belə ki, konsertdə Prezident təqaüdçüsü Mədinə Şahgəldiyeva (kamança) , Respublika və Beynəlxalq müsabiqələr laureatları Saleh Nəzərov (bəstəkar) , Qənbər Məmmədov (faqot) , Rəhimə Qurbanova (piano) , Gülgün Əbilova (qanun) , Aytən Rüstəmli (kamança) , Zümrüd Əlizadə (piano) , Mədinə Süleymanzadə (piano) , Teymur Hanifayev (piano) , Nərmin Qurbanova (piano) , Nərmin Rzayeva (piano) , Qəmərtac Maqsudova (qanun) , İradə Musayeva (saksafon) , Aytən Rzayeva (piano) , Aydan Yeşildağ (piano) , Pərvin Əşari (arfa) rəngarəng musiqi repertuarına müraciət edərək Azərbaycan, rus və qərbi-avropa bəstəkarlarının (Y.Haydn “Sonata si minor (1 hissə)” , Adil Gəray “Səfikürd” , Pörl Çertok “Arfist v polnoç” , Sərdar Fərəcov “Unutma” , Klod Debüssi “Ay işığı” , Asəf Zeynallı “Ölkəm” , Fikrət Əmirov “Muğam poema” , “№1 Ekspromt”, “№2 Ekspromt” , Veniamin Myasoedov “Arxaik-blyuz” , F.Şopen “Noktürn №1 op.9” , S.Raxmaninov “Prelüd op.3 №2” , Süleyman Ələsgərov “Şoloxo” , ”Rumin rəqsi”) əsərlərini ifa ediblər.


    Beləliklə Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbələrinin iştirakı ilə keçirilən “Gənclərə dəstək” layihəsinin açılış konserti zalda əyləşən bütün dinləyicilərin dərin marağına səbəb olub.