• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11- 13 oktyabr 2017-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Lumineux” ansamblı Beynəlxalq Musiqi Festivalında iştirak edib


    11- 13 oktyabr tarixlərində Gürcüstanın Qori şəhərində «Молодежи и культуры муниципалитета мэрии города Гори» təşkilatçılığı ilə xor musiqisi üzrə Beynəlxalq festival keçirilib. Beynəlxalq festivalın iştirakçıları qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Lumineux” ansamblı da iştirak edib.


    Qeyd edək ki, “Lumineux” – xor ansamblı 2016-cı ildə yaranmışdır. Kollektivin tərkibi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xor dirijorluğu kafedrasının tələbələrindən ibarətdir. Ansamblın bədii rəhbəri və dirijoru Bakı Musiqi Akademiyasının xor dirijorluq kafedrasının baş müəllimi Naala Baratelyadır. Bu ansambl müxtəlif konsert zallarında, festivallarda iştirak edərək, Bakı Musiqi Akademiyasının yaradıcılıq həyatında fəal rol oynayır.


    3 günlük festival çərçivəsində çıxış edən “Lumineux” ansamblı ilk dəfə olaraq Azərbaycan xalq folklor nümunələrinin işləmələrini ifa edib. Repertuar seçiminin Azərbaycan xalq musiqisinə əsaslanması heç də təsadüfi olmayıb. Belə ki, bu təşəbbüsün əsas ilhamverici amili, bir zamanlar ilk professional musiqi təhsilini məhz Qori müəllimlər seminariyasında alan Azərbaycanın dahi bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli ilə bağlıdır. Dahi şəxsiyyətin ruhuna ehtiram əlaməti olaraq səsləndirilən Azərbaycan xalq mahnıları dinləyicilərin marağına səbəb olub.


    Ansambl eyni zamanda ilk dəfə olaraq F.Əmirovun “Kürd Ovşarı” simfonik muğamından musiqi parçaları da (xor üçün işləyəni: Əməkdar artist Vaxtanq İmanov) səsləndirib.