• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 oktyabr 2017-ci il

    Dahi bəstəkar Maestro Niyazinin əziz xatirəsinə həsr olunmuş solo konsert keçirilib.

    4 Oktyabr Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi əsasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist Gülnaz İsmayılovanın solo konserti keçirilib.

    Dahi bəstəkar Maestro Niyazinin əziz xatirəsinə həsr olunmuş “Həyat Musiqidir” adlı konsert M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutub. Konsert Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrin (dirijor: Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov) ifasında Niyazi “Qaytağı” əsəri il başlayıb.

    Daha sonra maraqlı musiqi repertuarına müraciət edən vokalist həm milli, həm də Qərbi Avropa bəstəkarların əsərlərindən müxtəlif ariyaları (“Koroğlu” operasından “Nigarın ariyası”, “Sevil” operasından “Sevilin ariyası”, “Nərgiz” operasından “Nərgizin ariyası”, “Çanni Skikki” operasından “Laurettanın ariyası”, “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası”) yüksək ustalıqla ifa edib.


    Konsertdə səslənən bütün musiqi parçaları dinləyicilərin marağına səbəb olub.