• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 sentyabr 2017-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Münhen Yeni Filarmonik Orkesrti və Baku Chamber Orkestrinin musiqiçilərinin konserti keçirilib


    Orkestr 2005-ci ildə təsis edilmişdir. Yarandığı gündən Yeni Münhen Filarmonik Orkestri Almaniyanın tanınmış gənc orkestrlərindən biri olmağı bacarmışdır. Orkestr mütəmadi olaraq Almaniyanın şəhərləri daxil olmaqla dünyanın müxtəlif ölkələrindən (Braziliya, Ukrayna, Çin, Almaniya, Rusiya və s.) ifaçılar fəaliyyət göstərir. Orkestrin tərkibi Almaniya və Avropanın 18-30 yaşlı gənc musiqiçilərindən ibarətdir. Ən fərqləndirici cəhət ondadır ki, orkestrin tərkibi müxtəlif 17 millətin nümayəndəsini bir orkestrdə toplayıb. Bu musiqiçilər peşəkar məşq prosesindən başqa, eyni zamanda tanınmış solo ifaçıları və dirijorları ilə xarici ölkələrdə keçirilən dövlət əhəmiyyətli konsertlərdə çıxış etmək şansını əldə etmiş olurlar. Orkestr 2014-cü ildən öz fəaliyyətini azərbaycanlı dirijor Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı, Fuad İbrahimovun rəhbərliyi altında davam etdirir.


    Keçən ildən Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri Yeni Münhen Filarmonik Orkestrin tərkibinə daxil olmuşdur.


    Yeni Münhen Orkestri Beynəlxalq “Ü.Hacıbəyli IX Musiqi Festivalı” çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində uğurlu konsertə imza atıb. Xalq artisti Murad Adığözəl-zadənin ifasında (S.Raxmaninov Fortepiano və orkestr üçün Konsert №2 op.18, M.İ.Qlinka “Ruslan və Lüdmila” operasından uvertüra, N.A.Rimski-Korsakov “Şəhrizad” simfonik süitası, Ü.Hacıbəyli “Koroğlu” operasından uvertüra) əsərləri səslənərək dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Bununla əlaqədar olaraq sentyabr ayının 27-si Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Münhen Yeni Filarmonik Orkestri” və “Baku Chamber Orkestri” musiqiçilərinin birlikdə konserti baş tutub. İlk öncə səhnədə orkestrin ifaçılarından ibarət ansamblın ifasında – İohan Petelius Leypsiq “Qüllə Sonatası”, Yosef Haydn “Simli kvartet” və Moris Ravel “Kuperenin məzarı” əsərləri səslənib. Daha sonra orkestrlərin ifasında Fransız bəstəkarı Eduard Lalonun “Violonçel və orkestr üçün konsert”i ifa olunub. Gurultulu alqışlarla müşayiət olunan əsərlərin ardınca “Münhen Yeni Filarmonik Orkestri”nin mis nəfəs alətləri ansamblı çıxış edib.


    Hər iki orkestrin birgə ifasını təşkil edən konsert Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə həyata keçib. Bundan əlavə hər iki orkestr yeni birgə konsert layihəsi hazırlayırlar.