• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 sentyabr 2017-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Toğrul Hüseynlinin solo konsert keçirilib


    Sentyabrın 25-i Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Beynəlxalq Müsabiqələr Laureatı, Köln Musiqi Akademiyasının Məzunu, Motsarteum Zalsburq Universitetinin Doktorantı Toğrul Hüseynlinin solo konserti baş tutub.

    Qeyd edək ki, gənc pianoçu konsert proqramında romantizm dövrünün bəstəkarları - R.Şumanın yaradıcılığından “Simfonik etüdlər” silsiləsi, F.Şubert yaradıcılığından “Klavierstücke” N 1, 2 və A.Skryabin yaradıcılığından 3 saylı Sonataya müraciət edib.

    Texniki baxımdan çətin və yüksək virtuozluq tələb edən əsərləri gənc pianoçu olduqca peşəkarlıqla ifa edib. Konsert zalda əyləşən auditoriyanın gurultulu alqışları ilə sona çatıb.