• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 sentyabr 2017-ci il

    Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert


    Sentyabr 20-də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasında Rusiyanın məşhur fortepiano triosu konsert proqramı ilə çıxış edib.


    Müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən konsertdə musiqiçilər F.Şopen, F. Kreysler, J. Massne, S.Raxmaninov, A. Pyazolla və digər görkəmli bəstəkarların əsərlərini yüksək ustalıqla ifa ediblər.


    Konsert alqışlarla qarşılanıb. Xatırladaq ki, sentyabrın 26-dək Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir.