• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 aprel 2017-ci il 

    IX Beynəlxalq M.Rostropoviç festivalı çərçivəsində L.və M.Rostropoviçlərin ev muzeyində “M.Rostropoviç” adlı xatirə gecəsi keçirilib.

    Gecədə Beynəlxalq Mstislav Rostropoviç Festivalının tarixinə, bu illər ərzində muzeydə maestroya həsr edilmiş anım günlərinə, ithaf konsertlərinə nəzər salınıb. Tədbirin mötəbər qonağı qismində Mstislav Rostropoviç Fondunun prezidenti, festivalın bədii rəhbəri, maestronun qızı Olqa Rostropoviç və fondun ictimaiyyətlə əlaqələr üzrə bədii rəhbəri Yuliya İvanova, muzeyin mətbuat rəhbəri Aleksandr Qayduk, yaradıcılıq məsələləri üzrə bədii rəhbəri Eliso Maysuradze və başqaları iştirak ediblər.

    Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti maestroya ithaf olunmuş konsert proqramı ilə çıxış ediblər. Konsertdə Əməkdar Artist Aleksey Miltıx, beynəlxalq və respublika müsabiqələr laureatı Səidə Tağızadə,  Orxan Hüseynov, Murad İbrahimov, BMA-nın tələbələrindən ibarət kvartet tərəfindən dünya bəstəkarlarının əsərləri ifa edilib.