• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 aprel 2017-ci il

    Ü.Hacıbəyli adına BMA-nın Böyük zalında Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xarici tələbələrindən

    ibarət maraqlı konsert keçirilmişdir.

    Konserti BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, AR xalq artisti, professor Yeganə Axundova açıq elan edərək ilk öncə gələn qonaqları salamladı və bildirdi ki, bu layihə hər iki yaradıcı təhsil müəssisəsinin birinci birgə layihəsidir.

    Konsertdə BMA-nın tələbələri Amirian Sara (İran), Alibekova Marcanat (Rusiya), Mamedova Könül (Qazaxıstan),  Abdullayev Elçin (Türkmənistan) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin tələbələri Türkiyə vətəndaşları –  Sinan can Akar, Hüseyin Buğra, Bekir Küçükaslan, Alpaslan Doğukan Yeşilbaş, Leyli Əşrəfivəd (İran) iştirak etmişlər. Proqramda qərb və Azərbaycan bəstəkarlarının əsərləri səsləndi.