• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 aprel 2017-ci il

    Ü.Hacıbəyli adına BMA-nın Böyük zalında İsrail pianoçusu Vera Voihanskaya və vokal ifaçısı Elizabet Braytmanın birgə konserti baş tutmuşdur.

    Elizabet Braytman Rimski-Korsakov adına Leninqrad Konservatoriyasının musiqi kollecinin vokal üzrə məzunudur. Eyni zamanda Leninqrad Filarmoniyasında orkestrin solisti olaraq çalışıb. 1991-ci ildən İsraildə yaşayır və müxtəlif kollektivlərdə solist kimi fəaliyyət göstərir. Hal-hazırda “Dolce Vita” ansamblında solistdir. 2 solo diski vardır. Vera Voihanskaya isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakultəsinin məzunudur.

    Şamaxıda və Bakıda nəzəriyyəçi ixtisası üzrə fəaliyyət göstərib. 1990-cı ildən İsraildə yaşayır və piano ifaçısı kimi caz, rok və müasir musiqi ilə məşğul olub. Eyni zamanda həmin rok və caz ansambllarının bədii rəhbəri kimi çalışıb. Hal-hazırda isə “Naale” gənclər ansamblı və  “Dolce Vita” ansamblının bədii rəhbəridir. Konsert gecəsi musiqi proqramında klassikadan caza qədər janr müxtəlifliyini əhatə edən ən maraqlı vokal əsərlər yer tutmuşdu.

    Qeyd edək ki, ifaçıları solist qismində müşayiət edən BMA-nın məzunu, skripka ifaçısı Elçin Bayramov da İsrail ifaçıları ilə birgə səhnədə trio şəklində çox böyük məharətlə çıxış etdi. Səslənən ifalar dinləyici auditoriyası tərəfindən müsbət qarşılandı.