• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 may 2017-ci il

    Üzeyir Hacıbəyli adına BMA-nın nəzdində yerləşən Opera Studiyanın konsert zalında “Голос музыки” layihəsi çərçivəsində MDB dövlətlərinin

    Hökumətlərarası Humanitar Həmkarlığı Fondunun dəstəyi ilə MDB ölkələrinin Gənclər simfonik orkestrinin  Ü.Hacıbəyli adına BMA-nın Gənclər Simfonik Orkesri ilə birgə qala-konserti keçirilmişdir. Dirijor - beynəlxalq müsabiqələr laureatı və  “Новая опера” adlı Moskva teatrının dirijoru Vasiliy Valitov idi.

    Qala konsertin proqramında rus və xarici bəstəkarların əsərləri solistlər, - beynəlxalq müsabiqələr laureatları Larisa Bunakova (fortepiano), Anna Savkina (violin) və həmçinin Rusiyanın «Большой театр» Gənclər opera proqramının artistləri Vasilisa Berjanskaya (mezzo-soprano), Utarida Merzamova (soprano) və İlya Kutyuxinin (bariton) ifalarında səslənmişdir.