• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 may 2017-ci il

    BMA-nın Böyük Zalında  Norveçin Konstitutsiya Günü və Norveç və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə

    Norveç Səfirliyi, Statoil və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə “Oslo Kammerakademi” ansamblının təntənəli konserti keçirilmişdir. Konsertdə dinləyicilər arasında qonaq qismində   Norveç, ABŞ, İspaniya, Moldova, Kazaxıstan, İsrail, İtaliya, Polşa, Macarıstan, Yunanıstan, Argentina kimi ölkələrin Azərbaycandakı səfirləri və səfirliklərin əməkdaşları, həmçinin Azərbaycandakı  “Statoil” kompaniyasının nümayəndələri və musiqi ictimaiyyətinin önəmli nümayəndələri iştirak edirdi.

    Konsertin əvvəlində BMA-nın “Beynəlxalq əlaqələr və tərbiyə işləri” üzrə prorektoru, Xalq artisti, professor Y.Axundova qonaqları salamladı, Azərbaycan və Norveçin diplomatik əlaqələrinin 25 illiyi münasibəti ilə hər iki ölkənin nümayəndələrini təbrik etdi. Sonra isə Norveçin  Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri B.İ.Svendsen Azərbaycan dilində çıxış edərək, möhtəşəm təşkilatçılığa görə BMA-nın rəhbərliyinə dərin minnətdarlığını bildirdi.

    Konsert, olduqca yüksək səviyyədə keçdi, tamaşaçılar səslənən ifaları çox heyranlıqla qarşıladı. Auditoriya fasiləsiz alqışlarla ifaçıları dəfələrlə səhnəyə yenidən dəvət edirdi. Orkestr son nömrədə Ü.Hacıbəylinin “Arazbarı” əsəri ilə konsertə təntənəli surətdə yekun vurdu.