• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4-6 aprel 2017-ci il

    Gürcüstanın V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının 33 nəfərlik müəllim və tələbə heyəti Bakı Musiqi Akademiyasınında qonaq olmuşlar.

    6 aprel Üzeyir Hacıbəyli adına BMA-nın böyük zalında V.Saracaşvili adına Tbilisi Dövlət Konservatoriyasının 100 illik yubileyi münasüibəti ilə konsert keçirilmişdir. Bu konservatoriya Qafqazın ilk ali təhsil verən musiqi ocağı kimi əlamətdar olub, adını tarixə yazıb. Yubiley tədbirini açan BMA-nın beynəlxalq əlaqələr və xarici tələbələrlə iş üzrə prorektoru, Xalq Artisti, professor Yeganə Axundova Qafqazın ilk ali musiqi təhsili verən müəssisəsini akademiyada qəbul etməyə çox şad olduğunu və onların yubiley sevincinə qoşulduğunu qeyd edib. Bu yubiley tədbirinin BMA-da keçirilməsinin dostluq və əməkdaşlıq münasibətlərinin daha da güclənməsi yolunda mühüm addım olduğunu vurğulayan Y.Axundova yaxın müddətdə akademiyanın professor və tələbə heyətinin də konsert proqramı ilə Tbilisiyə səfər edəcəyini söyləyib.

    Sonra V.Saracaşvili adına Konservatoriyanın tələbələri BMA-nın böyük zalında konsert proqramı ilə çıxış edib. Gürcüstandan konsert üçün Bakıya 33 istedadlı gənc ifaçı gəlmişdi. Kamera musiqi axşamında vokal əsərlərlə yanaşı, klarnet, piano, violin ifaçıları da öz məharətlərini nümayiş etdiriblər. Rəngarəng musiqi nömrələri arasında həm klassik, həm müasir, həm də caz əsərləri yer alıb. İfa olunan əsərlər dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb. Konsertin iştirakçısı, istedadlı pianoçu Aleksandr Julakidze deyib: “Bakını hər birimiz çox bəyəndik. Tarixi məkanları gəzdik və şəhərin gözəlliyinə heyran qaldıq”.