• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 dekabr 2021-ci il

     24 dekabr 2021-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, cənab İlham Əliyeyin 60 illik yubileyinə həsr olunmuş konsert keçirildi.

    Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Kamera Orkestri çıxış edirdi.

    Bakı Kamera Orkestrinin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycanın Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.

     Konsertin dirijorları Əməkdar artist Fuad İbrahimov və Prezident təqaüdçüsü, Gənclər üçün Prezident mükafatçısı Mustafa Mehmandarov idi.

    Konsert proqramında Bakı Kamera Orkestrinin ifasında A.Əlizadənin "Cəngi", Q.Qarayevin "İldırımlı yollarla" baletindən rəqs, prezident təqaüdçüləri Vüsalə Babayeva, Orxan Hüseynov, Nicat Məmmədov, Zərrin Əliyeva və Gənclər üçün Prezident mükafatçısı Atəş Qarayevin ifasında T.Quliyevin "Qaytağı, F.Əmirovun "Poema-Monoloq", "Sevgi rəqsi", B.Qodarın "Vals", Ü.Hacıbəylinin "Sevgili canan", M.Maqomayevin "Azərbaycan" əsərləri səsləndirildi.

    Tamaşaçıların rəğbətini qazanan istedadlı gənclərin ifası ilə baş tutan konsert gurultulu alqışlarla başa çatdı.

     

    Qeyd edək ki, Prezident təqaüdçüləri və istedadlı gənclərin təşəbbüsü ilə baş tutan tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov, incəsənət nümayəndələri və digər qonaqlar iştirak etmişlər.