• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 dekabr 2021-ci il

    23 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında "Kamera ansamblı" kafedrasının müəllimləri professorlar Kəmalə Neymanova, Fəridə Əhmədbəyova və Tövhə Babayevanın tələbələrinin iştirakı ilə konsert keçirildi.

    Konsertin proqramında L.V.Bethoven fortepiano və skripka üçün Sonata N.9, E.Qriq skripka və fortepiano üçün Sonata N.2, ll hissə, op.13, F.Pulenk qoboy, faqot və fortepiano üçün trio, S.Küi skripka və fortepiano üçün Sonata ll hissə, N.Rakov fortepiano və klarnet üçün Sonata C dur, O.Taktakişvili Fleyta və fortepiano üçün Sonata lll hissə, A.Dvorjak skripka və fortepiano üçün Sonata, İ.Brams violonçel və fortepiano üçün Sonata N1, op.38 əsərləri yer almışdır.

    Tədbirdə istedadlı tələbələr Günel Rizvanova, Renata Abubəkirova, Zərrin Əliyeva, Jalə İslamova, Əziz Pənah, Qəmbər Məmmədov, Ayan Aslanova, Rəhimə Əhmədova, Fəridə Abbaszadə, Məhəmmədəli Paşazadə, Lamiyə Sərxanova, Lalə Gözəlova, İlahə Məmmədova, Aytac Kara, Günel Hacıyeva, Orxan Cumayev və Leyla Zeynalova uğurla çıxış etdilər.

    Tələbələrin parlaq ifaları tamaşaçıların  gurultulu alqışları ilə qarşılandı.