• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 dekabr 2018-ci il

    14 dekabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsü, bəstəkar, professor Yaşar İmanovun 85 illiyinə həsr olunmuş müəllif konserti keçirilib.


    Səhnəyə ilk öncə bəstəkarlar ittifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxaraq bəstəkarın geniş yaradıcılığını əks etdirən məruzə ilə çıxış edib. Daha sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin müşayiəti ilə (Bədii rəhbər və baş dirijor: Xalq Artisti, professor General-mayor Yusif Axundzadə) Yaşar İmanov “Təntənəli marş”, “2 saylı Simfoniya I hissə”, “Bu sevgi”, “Skerso”, “Milli Qvardiya marşı”, Fərhad Bədəlbəyli “Anamız Azərbaycan” (Aranjıman: Yaşar İmanov) kimi əsərlər ifa olunub.

    Konsertdə “Solo oxuma” kafedrasının müəllimi, əməkdar artist Səbinə Əsədova, Anar Məmmədov, Aynur İsgəndərli , Kənan Qədimov solistlər qismində çıxış ediblər.
    Konsert gur alqışlar ilə sona çatıb.