• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 dekabr 2018-ci il

    26 dekabr 2018-ci il tarixində saat 18.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında “İxtisas fortepiano” kafedrası tələbələrinin iştirakı ilə konsert keçirilmişdir.

    Konsertdə  müxtəlif kurs tələbələri olan Mehdizadə Gülşən (F.List. Macar rapsodiyası  №13) , Rzayev Ruslan (B.Howard. “Fly me to the moon”. İmprovizasiya), Arzumanzadə Mənzər (F.Mendelson. Fantaziya. fis moll. I hissə), İsayeva Ceyran (S.Prokofyev. Sonata №7. Final), Xələfov Elxan (A.Məlikov “Ötəri anlar”), Mayılova Jalə (S.V.Raxmaninov. “Elegiya”), Novruzbəyli Rəna (F.List. Macar rapsodiyası №11), Səmədova Validə (F.Şopen. Noktürn. Des dur), Sərxanova Lamiyə (Ə.Mustafazadə “Hər zaman”), Musazadə Maqsud (K.Çerni Noktürn E dur), Zeynalova Leyla (Debüssi. “Sevinc adası”), Hüseynli Lalə (F.List. Etüd “Axşam harmoniyaları”), Əhmədzadə Emil (F.Şopen. Etüd №3), Əliyeva Fatimeyi-Zəhra (F.Şopen. Etüd №12), Heydərli Nigar (S.V.Raxmaninov. Etüd-lövhə es moll), Babayeva Vüsalə (S.Prokofyev. Sonata №2. Final), Səmədova Validə- Maksimova Fəzilə (Mordasov. “Xatirələr”) çıxış ediblər. Konsertdə ifa olunan əsərlər dinləyicilər tərəfindən  böyük maraqla qarşılandı.