• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 dekabr 2018-ci il

    Bakı Musiqi Akademiyasının tələbələri narkomaniya ilə mübarizə məqsədilə keçirilən tədbirdə iştirak etdi.


    21 dekabr 2018-ci ildə gənclər arasında narkomaniya və digər təhlükəli vərdişlərin yayılmasının qarşısını almaq məqsədilə, Bakı Musiqi Akademiyasının müxtəlif fakültələrinin 15 tələbəsi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəvəti ilə Gənc Tamaşaçılar Teatrında “Ağ ölüm” adlı tamaşaya baxmışdır.Tamaşadan əvvəl yaradıcı kollektivlə görüş keçirilmişdir.
    Qeyd edək ki, tamaşa V.Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilib.
    Əsəri Azərbaycan dilinə Sərvər Əliyev tərcümə edib.
    Tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
    Tamaşanın mövzusu cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkomaniya bəlasıdır.
    Gəncləri və yeniyetmələri belə qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlardan Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandırıblar.
    Tamaşanın premyerası tələbələr tərəfindən böyük maraqla qarşılanıb.