• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 dekabr 2018-ci il

    19 dekabr 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında “Konsertmeyster ustalığı” kafedrası müəllimləri - professor Tomirida Qarayeva, dosentlər Venera Məmmədova, Könül Hüseynova, baş müəllimlər Səfurə Sultanova və Gülnarə Əhmədzadənin tələbələrinin iştirakı ilə konsert keçirilib.

    Konsertdə bir sıra rəngarəng musiqi nömrələri dinləyicilərə təqdim olunub. Belə ki, solistlərin: Əməkdar artist Rəna Əliyeva (soprano), Nataliya Belikova (soprano), Gülşən İbadova (soprano), Güllü Məmmədova (soprano), Pərvanə Şükürova I kurs (fleyta), Orxan İbrahimov III kurs (klarnet) və müşayiət edən tələbələrin Leyla Cavadova I kurs, Jalə Mailova- I kurs, Nərmin Rəhimova- I kurs, Əzizə Ələkbərli I kurs, Samirə Rəhimova I kurs, Ülkər Məmmədzadə I kurs, Aygün Əliyeva II kurs, Elxan Xələfov II kurs, Mədinə Süleymanzadə II kurs, Nəzrin Nəsirli II kurs, Emil Əhmədzadə III kurs, Vüsalə Lətifzadə III kurs, Günel Allahverdiyeva III kurs, Rəhimə Qurbanova III kurs, Günel Rizvanova III kurs, Aytac Ağazadə IV kurs, Aydan Vəzirova IV kurs, Fidan Fərmanova IV kurs, Nərmin Cəbiyeva magistr I kurs və Nəzrin Qasımova magistr I kurs ifasında P.Çaykovski - “Хотел бы в единое слово”, J.Bize - “Karmen” operasından Antrakt, S.Raxmaninov - “У моего окна”, “В молчаньи ночи тайной”, “Здесь хорошо”, “Сирень”, “Апрель”, “Давно ль, мой друг”, T.Quliyev - “Qızıl üzük”, “Sevgilim”, M.Manqani - “Pagina d’album”, F.Əmirov - “Sevil” operasından Sevilin ariyası, “Gülərəm gülsən”, İ.Ştraus - “Прекрасный май”, L.Delib - “Испанское болеро”, Q.Qarayev - “Неистовый гасконец” tamaşasından Roksananın ariyası, R.Qlier - “О, не вплетай цветов”, “О если б грусть моя”, “В порыве слез”, M.Ravel - “5 yunan mahnısı” silsiləsindən 2 mahnı musiqi parçaları yüksək peşəkarlıqla ifa olunub.

    Dinləyicilər tərəfindən böyük maraqla qarşılanan konsert proqramı gur alqışlar ilə sona çatıb.