• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 dekabr 2018-ci il

    20 dekabr  2018-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qrupu tələbələrinin konserti keçirilib.

    Konsertdə Rizvanova Günel, İbadova Gülşən, Hacıyeva Günel, Hüseynov Orxan, Qüdrətli Ülkər, Kəngərli Nərgiz, Abdullayeva Aysel, Əmişov Əli, Hüseynov Orxan, Kərimli Qəmər, Rzayev Bahadur, Manafzadə Atabala, Rizvanova Günel, Ağayeva Mədinə, Mirheydərzadə Fidan, Əmiraslanov Nəriman, Rzazadə Aygül, Mirqulamlı Xədicə, İmanova Günel, Məmmədzadə İsa, Hacızadə Suada,  Eldarlı Gülnaz  azərbaycan, xarici və rus bəstəkarların əsərlərinə (Leqar “Cildanın mahnısı”, C.Allaherdiyev “Əbədi sevgi”, Fore “Prelüd”, Dopler “Duetino”,  Çaykovskiy “Melodiya”,  Şuman “Pyes”, Şostakoviç Kvartet № 8 II hissə,  Raxmaninov  “2 prelüd”,  V.Mustafazadə “Tam tənha”, Raxmaninov “Musiqili an”, A.Məlikov “Qızların rəqsi”,  List “Etüd f moll”, Şopen “Noktürn” op.9 № 1, Sarasate “Tsepeteada”, Raxmaninov “Etüd-lövhə a moll”, The Beatles “Yesterday”,  Şedrin “A La Albeniz”, Ü.Hacıbəyov “Sənsiz”) müraciət edərək yüksək peşəkarlıqla ifa ediblər. 

    Müraciət olunan musiqi repertuarının zənginliyi və əsərlərin  yüksək səviyyədə ifası bütün dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Konsert gur alqışlar ilə sona çatıb.