• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 dekabr 2018-ci il

    20 dekabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor-Dirijorluq” kafedrasının 2018-2019 -cu tədris ilin birinci yarısına olan hesabat konserti keçirilib.

    Konsertdə “Xor-Dirijorluq” kafedrasının kollektivi və 2017-ci ildə yeni yaradılmış “Musiqi müəllimliyi” kafedrasının tələbələri iştirak ediblər.
    Konsertdə ilk öncə “Musiqi müəllimliyi” kafedrasının tələbələrindən ibarət xor kollektivi Azərbaycan Xalq mahnısı “Laçın”, Üzeyir Hacıbəyli “Koroğlu” operasından “Qızların xoru”, Azərbaycan xalq mahnısı “Pəncərədən daş gəlir” (işləməsi Üzeyir Hacıbəyli) kimi musiqi nömrələrini ifa ediblər.
    Növbəti maraqlı çıxışlardan biri tələbə “Kamera xoru” na aiddir. Bu kollektiv 20-ci əsrin məşhur estrada mahnılarını “You are there”, Jonny Mandel “Thank for the Music”, ABBA`nın repertuarından “Smile, Smile” Charli Chaplin “Think, Think, Think” (Müəllim: Beynəlxalq vokal müsaiqələrinin münsiflər heyətinin üzvü Babayev Dmitriy) ifa edərək dincləyicilər tərəfindən maraqla qarşılanıblar.
    Konsertin üçüncü çıxış edən kollektivi “Xor-dirijorluq” kafedrasının II və III kurs tələbələri olub. Qeyd edək ki, II və III kurs tələbələrinin xormeyster kimi ilk dəfə professional səhnədə çıxış edən tələbələr Azərbaycan xalq mahnısı “Bülbüllər oxur”, “Ay dili dili”, “Люблю Грозу”, “Moon song”, “Stabat Mater” kimi əsərləri yüksək səviyyədə ifa ediblər.
    Ən sonda isə konsert proqramının bağlanışını kafedranın “Lumineux” xor ansamblı edib (bədii rəhbər: Dirijorluq kafedrasının Baş müəllimi Barateliya Naala). Belə ki, yeni ilə aid əsərləri (“Noel, C`est l`amor”, Norbert Glanzberg “It`s The Most Wondeful of the Year” Paul Bateman “Have yourself a Merry little Christmas” Paul Bateman “Somewhere in my Memory” John Williams “A goggy day” George və Ira Gershvin) səsləndirən “Lumineux” xor ansamblı bütün dinləyicilər tərəfindən gur alqışlar ilə qarşılanıb.
    Qeyd edək ki “Lumineux” ansamblı yeni yaranmasına baxmayaraq artıq bir sıra dövlət tədbirlərində istirak edərək bir neçə ölkələrdə xor müsabiqələrinin qalibi olublar.
    Rəngarəng musiqi nömrələri ilə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor-Dirijorluq” kafedrasının hesabat konserti bütün auditoriya tərəfindən maraqla qarşılanıb.