• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 dekabr 2018-ci il

    19 dekabr 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 85 illik yubleyinə həsr olunmuş konsert proqramı keçirilib.

    Konsertdə Əsgərova Nigar, İbrahimova Aytən, Əsədova Ləman, Paşazadə Məhəmmədəli, Eldarlı Gülnaz, Əlizadə Fuad, Niftiyev Elxan, Ələkbərzadə Eldəniz bəstəkarın yaradıcılığından seçilmiş əsərləri (“Laylay”, “İki qəlbin dastanı” baletindən Komdenin arzuları, “3 Vals”, “Məhəbbət əfsanəsi” baletindən Nokturn və Təlxəklərin rəqsi, “3 prelüd” №1-2, “Prelüd №3”, “Təzadlar”) yüksək səviyyədə ifa ediblər.
    Konsertin sonunda Ü.Hacıbəyli adınaq Bakı Musiqi Akademiyasının professor-müəllim və tələbə heyəti görkəmli bəstəkar Arif Məlikovu ürəkdən təbrik edib.