• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 dekabr 2018-ci il

    19 dekabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və Xüsusi Pedaqoji Hazırlıq” və “Konsertmeyster Ustalığı” kafedrasının tələbələrinin iştirakı ilə konsert keçirilib.

    Konsertdə Qasımova Bəsti,  Əliyev  Elyar, Fərid Tahir oğlu, Əliyeva Nərmin, Cəfərova Nigar, Eminzadə Emin,  Abdullayeva  İslamə,  Aslanova Safurə, Cəfərov Urfan  (Fortepiano müşaiət edir:  Qurbanova Rəhiməxanım, Zeynalova Leyla, Manafzadə Atabala, İsmayilova Nərminə, Hacıyeva Günel, Əliyeva Fatimə, Əhmədzadə Emil, Adigözəlova Mehriban, Hüseynəliyeva Aytən) azərbaycan, xarici və rus bəstəkarların əsərlərinə (Puççini  “Canni Skikki” operasından Lauretanın ariyası, Caldarra “Come raggio di sol”, T.Ciordani “Caro mio ben”,  V.Motsart “ Sehrli  fleyta” operasından “Papaqenanın  ariyası”, A.N.Rimski-Korsakov  “O чём в тиши ночей”, Volf  “İris”, Dikyara “La spanqyola”, C.Qerşvin “ The man  I love”, Mançini “Moon river”, Azərbaycan xalq mahnısı “Ay qız sənə mayiləm”, Niyazi “Arzu”, M.Maqomayev “Azərbaycan”) müraciət edərək yüksək peşəkar ifalarını dinləyicilərə çatdırıblar. Konsert gur alqışlar ilə sona çatıb.