• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 dekabr 2018-ci il

    11 dekabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Fortepiano, orqan, klavesin” kafedrasının təşkilatçılığı ilə ARİF MƏLİKOVUN yubileyinə hərs olunmuş konsert keçirilib.


    Konsertdə Muradova Gülbacı - Q.F.Hendel “Uvertura”, Qurbanova Rəhimə - Q.F.Hendel “Alla hornpipe”, Qasımova Nigar və Ələsgərova Şeyda -F.Əmirov “Çeşmə başında”, Salamzadə Nəzrin və Nuri Mətanət- F.Şubert “Ave Maria”, Nadirli Səma- Ə.Əzizov - prelüdlər 5, 7, 8, Suleymanova Nigar - Q.Qarayev “İnsan məskən salır”, Süleymanova Nigar “2 Prelüd”, Abbaszadə Fəridə və Mark Zençenko-Q.Qarayev “Adajio”, Eyvazova-Nəsibova Gülşən və Həsənzadə Jalə -T.Quliyev “Tez gəl”, Qasımova Nigar və Mətanət Nuri - A.Məlikov “Noktyurn”, ”Həzin Vals”, A.Zeynallı “Ölkəm”, Talıblı Kamran və Paşazadə Məhəmmədəli S.Joplin “Marple Leaf Reag”, N.Əliverdibəyov “Elegiya”, Eyvazova-Nəsibova Gülşən və Binnətli Günel- T.Quliyev “Sən mənim, mən sənin”, Persan Ruslan və Mahir Tağızadə -Q.Qarayev “Prelüd no 2”, Шереметьев «Я вас любил», Qulusoy Elvin - C.Allahverdiyev “Dəniz və Səma”, Abbaszadə Fəridə və Musayeva Fərəh- Ü.Hacıbəyli “Arşın mal alan”operettasından “Əsgərin ariyası”, Musayeva Fərəh- V.Mustafazadə “Mart”, Şükürova Pərvanə - A.Vivaldi “Winter”, Əsədova Ləman- F.Sücəddinov “Vətən balladası”, Zeydullayev Aydın və Talışınskiy Mirhüseynxan- K.Garrett “Sing a song of Song”, Zəhra Bagjalzadeh Shishehgarlekhaneh - Ə.Mustafazadə “Holiday Blessings”, Zençenko Mark- Azaraşvili “Nostalgiya”, Abdullayev Nuradin və Abdullayev Elçin - Mançini “Moon River”, Adilova Həmidə və Ələkbərli Günel- R.Lovland “Song from Secret Garden”, Abdullayev Nuradin- E.Morricone “Playing Love”, Həsənova Tomris- N.Şeyko“Мгновение” əsərlərini ifa ediblər.
    Müraciət olunan musiqi repertuarının zənginliyi bütün dinləyicilər tərəfindən yüksək rəğbət hissi ilə qarşılanıb. Konsert gur alqışlar ilə sona çatıb.