• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 noyabr - 3 dekabr 2018-ci il

    İstedadlı pianoçunun qastrol səfərləri...


    22 noyabr-3 dekabr 2018-ci il tarixlərində Oktyabriski, Salavat, Ufa, Beloreck və Sibay şəhərlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Orta-ixtisas musiqi məktəbi olan Məktəb-Studiyanın müəllimi Fəqan Həsənlinin silsiləvi konsertləri keçirilmişdir. Qeyd edək ki, Fəqan Həsənli incəsənət sahəsində beynəlxalq müsabiqələr laureatıdır və eləcə də müxtəlif milli dövlət mükafatlarına layiq görülmüşdür.

    O, 22 noyabr Oktyabrski şəhərinin 2 saylı uşaq İncəsənət məktəbinin Böyük zalında, 23 noyabr Salavat Şəhərində, 28 noyabr Z.İsmayılov adına Ufa Dövlət İncəsənət Universitetində, 3 dekabr Sibay İncəsənət kolleci və bir sıra musiqi məktəblərində konsert vermişdir. Tədbirlər konsert, görüş və ustad dərsləri formatında təşkil olunmuşdur.

    Silsiləvi konsertləri ilə 5 şəhəri fəth edən istedadlı pianoçu parlaq və bədii cəhətdən rəngarəng proqramına müxtəlif üslubları əhatə edən görkəmli rus və xarici bəstəkarların əsərlərini daxil edərək akademik musiqi pərəstişkarlarını və böyüməkdə olan gənc nəsl musiqiçilərini heyran qoymuşdur.

    Belə ki, konsert proqramında – Şopen, Qriq, Raxmaninov, Skriyabin, Prokofyev, Rossini, K.Sen-Sans, Ü.Hacıbəyli, Q.Qarayev, A.Yusifova, Ü.Kazımova, F.Bədəlbəyli yaradıcılığından seçmə musiqi nümunələri və işləmələri ifa edilmişdir.