• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 noyabr 2018-ci il

    30 noyabr 2018-ci il tarixində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşe” violinoçular ansamblının  10 illiyinə həsr olunan konsert keçirilib.

    İlk öncə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla xanım Bayramova ansamblın rəhbəri Xalq Artisti, professor Zəhra Quliyevanı təbrik edərək ona Qara Qarayevin yaradıcılığına həsr olunan yeni nəşrləri hədiyyə edib.   Daha sonra isə    “Detaşe” violinoçular ansamblının  ifasında rəngarəng musiqi repertuarı bütün dinləyicilərə təqdim edilib (Ansamblı müşayiət edən: Səbinə Muradova). Bax-Quno-Ave Mariya, Hendel – Passakaliya,  Sarasate – Sepeteada, Bom – Daimi hərəkət,  Fore – Oyanış,  Rubinşteyn – Cəhrə,  Sviridov – Romans, Rimskiy-Korsakov – Arı uçuşu, T.Quliyev – Sevgi valsı, Qardel – Tanqo kimi  əsərləri səsləndirən ansambl bütün dinləyicilər  tərəfindən sürəkli alqışlarla qarşılanıb.