• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 noyabr 2018-ci il

    Noyabr ayının 23-ü 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında görkəmli musiqişünas-alim, ifaçı, ictimai-xadim, sənətşünaslıq doktoru, professor Elxan Babayevin 70 illiyinə həsr olunmuş “Bir ömrün işığı” adlı xatirə gecəsi baş tutub.

    Xatirə gecəsində Elxan Babayevin həyat və yaradıcılıq yolundan geniş söz açılaraq eyni zamanda onun yeni nəşrdə çap olunan kitabının təqdimatı keçirilib.

    Qeyd edək ki, Elxan Babayev həm klarnet ifaçısı, həm də nəzəriyyəçi kimi fəaliyyət göstərmişdir. O, həm etnomusiqişünas, həm musiqi tarixçisi və tənqidçisi, həm nəzəriyyəçi alim, həm də kifayət qədər tutarlı qələmə sahib olan publisist idi. Şərq dünyasının iki əzəmətli sənət abidəsinə - əruza və muğama baş vurmuş, bütün elmi-yaradıcılığını, həyatını muğamın intonasiya problemlərinin tədqiqinə həsr etmişdir. Bu baxımdan o, Üzeyir Hacıbəyli, Boris Asafyev, Valentina Xolopova kimi alimlərin davamçısı olub, orta əsr Şərq mütəfəkkirlərinin və rus musiqişünaslıq elminin nailiyyətlərini birləşdirərək öz yaradıcılığını Şərq və Qərb musiqişünaslıq elminin qarşıqlı əlaqəsi zəminində qurmuşdur. Elxan Babayev tədqiqatlarını elmi-nəzəri sistemləşdirmələr, təsnifatlar fonunda təqdim etməklə, öz adını “Sistemçilik məktəbi”nin banisi Səfiəddin Urməvi, Əbdülqadir Marağai, Qütbəddin Mahmud Şirazı, Üzeyir Hacıbəyli, R.Zöhrabov və s. alimlərin adı ilə yanaşı qoymuşdur.

    Gecədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli başda olmaqla, Azərbaycanın hərbi dirijoru və pedaqoqu, Xalq artisti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi-dəniz-orkestr xidmətinin rəisi, general-mayor Yusif Axundzadə, Əməkdar incəsənət xadimi, professor, xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının Sədri Firəngiz Əlizadə, Elxan Babayevin tələbəsi, klarnet ifaçısı Əziz Qarayusifli, görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Filologiya elmləri doktoru, professor, akademik Rafael Hüseynov, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova, Azərbaycan musiqişünası, bəstəkar-musiqişünas, filosof, fəlsəfə elmləri doktoru, professor, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə, Kitabın tərtibçi və redaktoru alimin qızı doktor, professor Aynur Elxanqızı, Elxan Babayevin tələbəsi, tanınmış saksafon ifaçısı Akif Süleymanbəyli çıxış edərək Elxan Babayev haqqında öz ürək sözlərini və xatirələrini bölüşüblər. Eyni zamanda tədbirdə nümayiş olunan video-çarx vasitəsilə görkəmli bəstəkar, Xalq artisti Arif Məlikov, Tanınmış musiqişünas-alim, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun və Çikaqo universitetinin müəllimi İnna Naroditskaya Elxan Gecəmbayev haqqında dəyərli fikirləri səsləndirilib.

    Tədbirin musiqi proqramında F.Pulenk “klarnet və fortepiano üçün sonata”, Q.Fore “Oyanış”, R.Korsakov “Cəhrə”, Q.Qarayev “Eskiz”, Həmid Sultanov “Demet”, A.Əlizadə “Hüzn valsı”, F.Mendelson “Konsertştyuk”, Musiqi çələngi əsərləri ifa olunub. Qeyd edək ki, gecənin aparıcısı və ssenari müəllifi Pərvin Səfərli olub.