• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 noyabr 2018-ci il

    Noyabrın 21-i 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Tələbə Gənclər Təşkilatı tərəfindən 2 nömrəli ümumi orta internat məktəbində valideyn himayəsindən məhrum olan uşaqlar üçün xeyriyyə konserti təşkil edilib.

    Konsertin məqsədi həmin internat məktəbində təhsil alan, o cümlədən musiqi ilə məşğul olan uşaqlara dəstək olmaq, onların gələcək həyatlarına daha inamlı baxması və həvəslə çalışması üçün motivasiya yaratmaq, eyni zamanda himayədən məhrum uşaqlara kömək etmək istəyən insanları bir araya yığaraq, onlara ayrılan diqqətin artırılmasına kömək etmək olub. Konsert proqramında - Asəf Zeynallı “Ölkəm” – (ifa edən Kamal Qədirov konsertmeyster Nərgiz Kəngərli), Şopen etüd (ifa edən Nilufər İbrahimli), Fikrət Əmirov Sevil operasında Sevilin ariyası (ifa edən Kamran Məmmədov konsertmeyster Nərgiz Kəngərli), Franz Doppler Duettino hongrois (ifa edənlər Ülkər Qüdrətli, Nəzrin Əmirli konsertmeyster Nərgiz Kəngərli), Pentatoniks Hallelujah, Lotzenhiser Trombumba (ifa edən trombon kvarteti – Nemət Tanrıverdi, Kamal Qədirov, Mehdi, Rüfət Bayramov), Chet Baker Almost blue (ifa edənlər İsa Məmmədzadə, Fidan Fərmanova, Ramiz İsmayılov), Manuel de Falla – La vide breve İspan rəqsi no.1  (ifa edənlər Nəriman Əmiraslanov, Şirin Əmiraslanova), Franz Şubert  Simli kvartet (ifa edənlər Fatimə Nəsirli, Şükufə Rəsulova, Əli Əmişov, Təhminə Xuduzadə), Mangani Pagina D`Album  (ifa edən Səid Bağırzadə konsertmeyster Atabala Manafzadə),  F.Sücəddinov Vətən balladası (ifa edən Fidan Mirheydərzadə) əsərləri səsləndirilib.