• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 oktyabr 2018-ci il

    Görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş ORQAN KONSERTİ

    27 oktyabr 2018-ci il tarixində Şəmkir şəhərinin Alman Lüteran kilsəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano, orqan, klavesin” kafedrasının iştirakı ilə görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş orqan konserti keçirilib. Bu Qara Qarayevin yubileyinə həsr olunmuş 4-cü orqan konserti idi. Konsertdə Qara Qarayevin əsərləri ilə bərabər Üzeyir Hacıbəylinin, Nazim Əliverdibəyovun, Vasif Adıgözəlovun, Həsən Rzayevin, Xəyyam Mirzəzadənin, Tofiq Quliyevin, Fərhad Bədəlbəylinin, Rüfət Ramazanovun əsərləri səslənib. Avropa bəstəkarlarından İohan Sebastyan Baxın, Ejen Juqunun, Hans Ştammın və başqalarının əsərləri dinləyicilərin zövqünü oxşayıb.
    Əməkdar müəllim, professor Babayeva Rasimə, Beynəlxalq müsabiqələr laureatları: Bəylərbəyova Səbinə, Məmmədova Nigar, Muradova Gülbacının ifasında Ü.Hacıbəyli “Azərbaycan Dövlət Himni”, N.Əliverdibəyov - "Bayatı-Şiraz", E.Jiqu – “Tokkata”, R.Ramazanov - "And", İ.S.Bax – “2 xoral prelude”, H.Rzayev - "Çahargah", F.Bəbəlbəyli - "Ave Maria", X.Mirzəzadə - "Ağ və qara" silsiləsindən prelude, Q.Qarayev - "Fikirli" və "Səyahət", T.Quliyev - "Qızıl üzük", H.A.Stamm - "Rondo alla latina" əsərləri səslənib.
    Konsertin sonunda isə Şəmkir şəhərinin icra başcısı Alimpaşa Məmmədov konsertin tərtibatçısı və bədii rəhbəri, Azərbaycanın İncəsənət xadimi, BMA-nın professoru Tahirə Yaqubova başda olmaqla bütün iştirakçıları təbrik edərək onlara gül dəstələri təqdim edib.
    Qara Qarayevin yubileyinə həsr olunmuş IV orqan konserti çox gur alqışlar ilə sona çatıb.