• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 noyabr 2018-ci il

    13 Noyabr 2018-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Baku Chamber Orchestra “Gənclər Kamera Orkestri”nin iştirakı ilə konset baş tutub.

    Qeyd edək ki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri 2011-ci ildən fəaliyyətə başlamışdır. Gənclər İdman Nazirliyi, Heydər Əliyev fondu, Gənclər fondu və BMA-nın dəstəyi ilə fəaliyyət göstərən Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, dirijor əməkdar artist Fuad İbrahimov, direktoru BMA-nın Beynəlxalq Əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundovadır.

    Konsertdə Vivaldi “La Follia” (op.1 №2), Bax “Fleyta və orkestr üçün süita №2 si minor”, Mattaus Passion – ariya “Erbarme dich”, Kantata 170, - ariya “Vernügte Rubeliebte Seelenlust”, Hendel “Şəba Kraliçasının gəlişi” əsərləri səsləndirilib. Qeyd edək ki, solist qismində Magda İbrahimova (fleyta), İlham Nəzərov (Kontrtenor), Rövşən Əmrahov (vioalin), Üzeyir Məmmədov (klavesin) çıxış edib. Konsert gur alqışlar ilə uğurla sona çatıb.