• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 oktyabr  2018-ci il

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə 10 oktyabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə Xalq artisti Ülviyyə Hacıbəyovanın solo konserti keçirilib.

    Üzeyir Hacıbəylinin “Koroğlu” operasından olan “Uvertüra” ilə başlayan ifaçı konsertdə bir-birinin ardınca İsmayıl Hacıbəyovun “Üç idilliya”, “Vatto ruhunda eskizlər”, Erik Satinin “İki qnosyen”, Stravinskinin “Serenada”, “Reqtaym”, Firəngiz Əlizadənin “Piano üçün musiqi”, Fərəc Qarayevin “Cənab Bilayn” əsərlərini səsləndirib.

    Bəzi əsərlər haqqında qısa çıxış edərək tamaşaçıları məlumatlandıran Ülviyyə Hacıbəyova konsertin sonunda hər kəsə öz minnətdarlığını bildirib. İfaçının müraciət etdiyi musiqi repertuarının rəngarəng olması və peşəkar ifası bütün dinləyicilər tərəfindən rəğbət hissi ilə qarşılanaraq konsert gur alqışlar ilə sona çatıb.