• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 oktyabr  2018-ci il

    4 oktyabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın 3-cü kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanovun (Müəllim:professor S.Sinamdzqvarişvili) və G.Şaroyev adına 35 saylı 11 illik Musiqi Məktəbinin 6-cı sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Şirin Əmiraslanovanın iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi və Müəllimlər gününə həsr olunmuş konsert keçirilib.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Xalq artisti, professor F.Bədəlbəyli, G.Şaroyev adına 35 Saylı Musiqi Məktəbinin direktoru Y.Vəliyev, Ü.Hacıbəyov adına ev muzeyinin direktoru və Bəstəkarlar İttifaqının katibi S.Fərəcovun iştirakı ilə keçirilən konsertdə ifaçılar Ü.Hacıbəyli “Leyli və Məcnun” operasından Müqəddimə və giriş, “Cəngi”, F.Şubert “Bayram marşı” və Eksprompt, F.Şopenin fortepiano əsərləri, ispan bəstəkarlarının əsərləri şövqlə səslənib.
    İfaçılar solo ifaları ilə növbələşməklə yanaşı ansambl ifaları ilə də tamaşaçıların diqqətini cəlb edib. Konsertin sonunda G.Şaroyev adına 35 saylı 11 illik Musiqi Məktəbinin direktoru Y.Vəliyev müəllimlərin bayramını təbrik edərək BMA rəhbərliyinə yaradılan şəraitə görə və ifaçılara təşəkkürünü bildirib. Qeyd edək ki, N.Əmiraslanov da G.Şaroyev adına 35 Saylı Musiqi Məktəbinin yetirməsidir.