• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 sentyabr 2018-ci il

    24 sentyabr 2018-ci il tarixində Bakı Musiqi Akademiyasının Ş.Məmmədova adına Opera Studiyasında görkəmli mügənni, SSRİ xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

    Konsertdə ilk öncə “Mədəniyyət” kanalının Baş direktoru, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin direktoru, Akademik Opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının Əməkdar Artisti Ramil Qasımov və Azərbaycan musiqi elminin görkəmli nümayəndəsi, Musiqişünas, pedaqoq, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarovanın çıxışları zamanı SSRİ xalq artisti Firəngiz Əhmədovanın yaradıcılığından bəhs edilərək yubiley gecəsi açıq elan olunub. Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin (dirijor: Nazim Hacıəlibəyov) müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin (Azər Zeynalov, Nərgiz Kərimova, Gülnaz İsmayılova, Afaq Abbasova, Fəridə Məmmədova, İlahə Əfəndiyeva, İnarə Babayeva, Çinarə Şirin, Zemfira İsmayılova, Taleh Yahyayev, Qərinı Kərimova) ifasında Ü.Hacıbəyli “Koroğlu” operasından Nigarın ariyası, Həsənxanın ariyası, “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, M.Maqomayev “Nərgiz” operasından Nərgizin ariyası, F.Əmirov “Sevil” operasından Sevilin ariyası, “Azərbaycan elləri”, R.Mustafayev “Vaqif” operasından Xuramanın ariyası, C.Verdi “Aida” operasından Aidanın ariyası, C.Puççini “Madamebutterfly” operasından Çio-Çio-Sanın ariyası, F.Çilea –“Adriyenna Lekuvrer” operasından Şahzadə de Buyyonun ariyası, A.Zeynallı “Ölkəm”, J.Bize “Karmen” operasından Karmenin ariyası səslənib. Yubiley gecəsi gurultulu alqışlarla müşayiət olunub.